Hava soyuyacaq, yağış yağacaq

”Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”

Source:


”Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”

Martın 17-da Bakı və Abşeron yarımadasının bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə 2-5°, gündüz 8-11° isti, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacağı proqnozlaşdırılır.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yayıb.

Bildirilir ki, ölkənin rayonlarında da sabah arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı təxmin edilir.

Ana səhifəXəbərlərHava soyuyacaq, yağış yağacaq