Hava soyuyacaq, qar yağacaq

Soyuq hava ay sonunacan davam edəcək

Source:
Qar – Foto: Sosial şəbəkə
Qar – Foto: Sosial şəbəkə


Soyuq hava ay sonunacan davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək, arabir güclənən şimal-qərb küləyinin əsəcək. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Ana səhifəXəbərlərHava soyuyacaq, qar yağacaq