Qərarı əsərin müəllif hüquqları sahibi verib
Aprelin 9-dan etibarən Rusiyanın böyük rəqəmsal kitab mağazaları “LitRes” və “MyBook”da Coan Roulinqin “Harri Potter” romanlar silsiləsinin satışı dayandırılacaq.
Rəqəmsal mağazaların məlumatında bildirilir ki, qərarı əsərin müəllif hüquqları sahibi verib.
“Harri Potter”in kağız variantında nəşri və Rusiya kitab mağazalarında satışı hələ ki davam edəcək.
Bundan əvvəl amerikalı yazıçı Stiven Kinq də Rusiyadan olan naşirlərlə müqavilələri yeniləməkdən imtina etdiyini açıqlamışdı.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.
Maliyyə sanksiyaları ilə yanaşı, mədəni sahədə də boykotlar tətbiq edilib.