“Hakimiyyəti insan hüquqları pozuntularına dərhal son qoymağa çağırırıq”

“İfadə və sərbəst toplaşmaq azadlığı əsasdır və Azərbaycanın beynəlxalq hüquq qarşısında öhdəlikləri var”.

Source: Foto: Turan İA


“Beynəlxalq ictimaiyyət hakimiyyəti məsuliyyətə cəlb etməlidir”

İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi COVİD-19 pandemiyası başlayandan bəri Azərbaycan hakimiyyətinin dinc aksiyalara, habelə müstəqil və müxalif səslərə güclənən hücumları ilə bağlı narahatlığını ifadə edib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan hakimiyyətinı insan haqları pozuntularını dərhal dayandırmağa və beynəlxalq birliyi hökuməti cavabdeh tutmağa çağırırıq.

“İfadə və sərbəst toplaşmaq azadlığı əsasdır və Azərbaycanın beynəlxalq hüquq qarşısında öhdəlikləri var. Bununla yanaşı, hakimiyyət pandemiyadan istifadə edərək, pandemiyaya məhəl qoymayan və infeksiyanın artımasını şübhə altına alan hər kəsə qarşı daha sərt basqı həyata keçirir. Azərbaycan hökuməti bu cür addımları dərhal dayandırmalı, qanunsuz olaraq həbs olunanları azad etməli və toplaşmaq və ifadə azadlıqlarının qorunması kimi insan haqlarına dair öhdəliklərinə əməl etməlidir”, – müraciətdə deyilir.

Müraciət müəllifləri qeyd ediblər ki, son günlər polis çox sayda özbaşına həbslər həyata keçirib, dinc nümayişçiləri, o cümlədən təkbaşına etiraz edənləri ölçüsüz təqibə məruz qoyub. Xatırladılıb ki, Azərbaycan hakimiyyəti 2020-ci il martın 24-dən xüsusi karantin rejimi tətbiq edir, bunun üçün fövqəladə vəziyyət elan etməklə hüquqi əsas müəyyən etmir.

“2020-ci il mayın 31-də polis tələbələrin etiraz aksiyasını dağıdıb, onları bir gündən 15 günədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Digər iki hadisədə polis məşhur qraffiti fəalı Qiyas İbrahimovun damda təkbaşına etiraz aksiyasının və tələbələrin etiraz aksiyasının dağıdılmasına etiraz edən hüquq müdafiəçisi Gülnarə Mehdiyevanın aksiyasının qarşısını alıb. Sonradan Qiyas kiçik xuliqanlıqda ittiham edilib və cərimə olunub, Gülnarə isə polis bölməsindən sərbəst buraxılıb”.

Təşkilat bu yaxınlarda Bakının Yeni Yasamal rayonunda da zorakı həbslər baş verdiyini, sakinlərin hücuma məruz qalıb və mənzillərindən zorla çıxarılaraq aparıldığını bildirib.

“Azərbaycan hakmiyyəti ayrı-ayrı şəxslərin və siyasi müxalifətin istifadə etdiyi bu hüquqları pozmağa davam edir və bunun üçün ictimai sağlamlığın müdafiəsindən istifadə edir. Biz hakimiyyəti bu insan hüquqları pozuntularına dərhal son qoymağa çağırırıq. Beynəlxalq ictimaiyyət isə hakimiyyəti məsuliyyətə cəlb etməlidir, deyə müraciətdə bildirilir”, – müraciətdə deyilir.

Ana səhifəSiyasət“Hakimiyyəti insan hüquqları pozuntularına dərhal son qoymağa çağırırıq”