Gürcüstanın Baş naziri Mamuka Baxtadze

Mənbə: Aravot

Başlıq: Gürcüstanın Baş naziri Mamuka Baxtadze

Gürcüstanın Baş naziri vəzifəsindən istefa verib

Məqalə yeniləndi:  2 Sentyabr 2019

Gürcüstanın Baş naziri Mamuka Baxtadze vəzifəsindən getdiyini və bu qərarın səbəbini sentyabrın 2-də açıqlayacağını söyləyib,- gürcü xəbər portalları məlumat yayıb.

Baxtadze “Facebook”dakı hesabında onu əvəz edəcək namizədin sentyabrın 3-də açıqlanacağını qeyd edib.

“2018-ci ildə Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyimin verilməsində əsas məqsəd ölkə üçün gələcək illərdə hədəflərimizə çatmağı təmin etmək və ölkənin inkişafının bələdçisi olacaq strateji inkişaf çərçivəsini qurmaq və həyata keçirmək olub,” - Baxtadze deyib.

“Strateji inkişaf çərçivəsi yaradılıb, tətbiq olunub və buna görə mən istefa vermək qərarına gəldim, çünkü an etibariylə vəzifəmi yerinə yetirdim,” - keçmiş nazir deyib.

Parlament çoxluğunun lideri Gia Volski mediada Giorgi Qaxarianın (Gakharia) Baş nazir, İrakli Qaribaşvilinin (Gharibashvili) daxili işlər naziri vəzifəsinə namizəd olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Bu seçimlər nəzərdən keçirilir, amma mən dəqiq məlumat verə bilmirəm. Bu haqda sabah səhər siyasi idarə heyətinin iclasında açıqlama veriləcək,” - Volski deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  2 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vlro18

Ən çox baxılan