Gürcüstanda həqiqi hərbi xidmət ləğv edilib

Nazir: Ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, çıxış yolunu sərəncam verməkdə gördüm

Source:
Tina Xidaşeli
Tina Xidaşeli
Tina Xidaşeli
Tina Xidaşeli


Nazir: Ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, çıxış yolunu sərəncam verməkdə gördüm

Gürcüstanda həqiqi hərbi xidmət bu gündən ləğv edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: “Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi barədə sərəncam imzalayıram. Bu qərar imzalandığı andan qüvvəyə minir”.

Bir müddət əvvəl nazir həqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu.

Ana səhifəXəbərlərGürcüstanda həqiqi hərbi xidmət ləğv edilib