Gürcüstanın yeni baş naziri Giorgi Qaxaria

Mənbə: Google

Başlıq: Gürcüstanın yeni baş naziri Giorgi Qaxaria

Gürcü parlamenti “Moskvanın adamı”nı Baş nazir olaraq dəstəkləyir

Gürcü millət vəkilləri keçmiş daxili işlər naziri Giorgi Qaxarianı növbəti Baş nazir olaraq təsdiqləyib.

“Deutsche Welle” xəbər verir ki, Qaxaria iyun ayında hökumət əleyhinə olan etirazlarda iştirak etmiş etirazçılara - əksəriyyəti gənclər olmaqla - şiddət və təzyiqin memarı kimi tanınır.

Etirazlara səbəb rus millət vəkilinin parlamentdə spikerin yerində oturaraq deputatlara rus dilində səslənməsi olub.

Bazar günü Gürcüstan parlamenti mübahisəli şəxs olan Qaxarianı ölkənin Baş naziri təyin edib. Qaxarianın Baş nazir təyin edilməsi paytaxt Tbilisidə etirazlara səbəb olub.

Deputatlar Qaxarianın lehinə 98-0 səs çoxluğuyla səs veriblər. Müxalifət səsverməni boykot edib.

Qaxaria Tbilisidə “Moskvanın adamı” olduğu iddialarını rədd edib. Rusiya Gürcüstanın iki əyalətini, Cənubi Ossetiyanı və Abxaziyanı işğal edib.

“Biz hamımız razıyıq ki, işğal ölkəmizdəki ən böyük problem və ən böyük bəladır,” - Qaxaria deyib.

Müxalifət millət vəkilləri hakim Gürcü Arzusu Partiyasını quran və rəhbərlik edən milyarder Bidzina İvanişvilini hədəfə alıb.

“Qaxaria İvanişvilinin Baş nazirlik kreslosundakı aləti olacaq,” Vahid Milli Hərəkat Partiyasının müxalifət lideri Nika Melia “Agence-France Presse” xəbər agentliyinə deyib.

“İvanişvilinin oliqarxik hakimiyyəti demokratiyaya uyğun deyil. Gürcüstanın bütün demokratik və qərbyönümlü partiyaları gələn il keçiriləcək parlament seçkilərində onu məğlub etmək üçün birləşəcəklər,“- o deyib.

Onlarla etirazçı parlament binası qarşısında toplaşaraq əllərində plakatlarla etiraz ediblər. Onlar “Təslim olmayacağıq” şüarları səsləndiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9lj6pr

Ən çox baxılan