Çay tarlası

Mənbə: https://ahvalnews.com/tea/

Başlıq: Çay tarlası

Gürcü işçilərin yoxluğu Türkiyə çay sənayesini yerlilərə üz tutmağa vadar edib

Məqalə yeniləndi:  29 İyun 2020

“Bu il gürcü işçilərin olmaması çay istehsalçılarının 100 milyon dollar qənaət etməsinə səbəb olub”

Koronavirus pandemiyası Gürcüstandan gələn mövsümi işçilərin ölkəyə daxil olmasının qarşısını aldığı üçün Türkiyənin çay istehsalçıları icmalara müraciət edirlər, - “Al Jazeera” xəbər verir.

Çay istehsalçıları ölkənin cənubunda məskunlaşmış məşğulluq imkanlarının az olduğu mövsümi işçilərlə işləyirlər, - xəbərdə deyilir.

Qara dəniz bölgəsindəki Rize əyalətində kəndlərin kobud ərazilərində ağır çay torbalarının yığılması və daşınması kimi çətin iş 1990-cı illərdən bəri ənənəvi olaraq on minlərlə gürcü işçilərə həvalə edilir.

Dünyanın ən üstün çay istehsalçılarından biri olan Türkiyə sənayesində məhsulun 60 faizi “Çaykur” dövlət şirkətinin payına düşür.

Təxminən 1,2 milyon fermer, fabrik işçisi və xırda ticarətçilər Qara dəniz bölgəsində çay yolu ilə həyatlarını qazanırlar.

Fermer Kamal Peçe “Al Jazeera”-yə deyib ki, “Çaykur”un alıcılıq kvotası istehsalçıları məhsulun qalan hissəsini özəl şirkətlərə aşağı qiymətə satmağa məcbur edir.

Türkiyə 11 martdan etibarən COVID-19 səbəbiylə bütün ölkələrlə sərhədlərini bağlayıb. Bu səbədən sənaye istehsalının bir çox sahəsi həlli yerli icmalarda tapmağa çalışır.

“Al Jazeera” bildirib ki, may ayında daxili səyahət qadağası ləğv edilib, digər şəhərlərdə yaşayan kəndlilərə məhsul yığmaq üçün doğma şəhərlərinə qayıtmağa imkan verilib.

“Biz cənubdan olan işsiz qardaşlarımızı burada iş imkanları ilə təmin etməyə çalışacağıq ki, onlar ölkədə qalsınlar”,- Çay İstehsalçıları Birliyinin prezidenti Mustafa Mavi deyib.

Mavi sənaye nümayəndələrinə istinadən deyib ki, bu il gürcü işçilərin olmaması onların 100 milyon dollar qənaət etməsinə səbəb olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6a91vl

Ən çox baxılan