Romanın yanvar ayında bir neçə şəhərdə təqdimat mərasimi planlaşdırılır
Norveçdə yaşayan azərbaycanlı yazıçı Günel Mövludun yeni romanı işıq üzü görüb. “Marina” adlı roman Norveçdə fəaliyyət göstərən “Communicatio” nəşriyyatında nəşr edilib. Kitabı orijinaldan norveç dilinə şairə və tərcüməçi Hege Susanne Bergan çevirib. “Marina” adlı bu romanda Günel Mövlud patriarxal ölkələrdə qadın və LGBTİQ fərdlərinin uşaqlıqdan yaşadığı şiddətlə böyüdükcə başqa sahələrdə rastlaşmasından, bu şiddətin necə pataloji qorxulara çevrilməyindən bəhs edib. Yazıçının sözlərinə görə, artıq Norveçdə bütün kitab dükanlarında satışda olan romanın yanvar ayında bir neçə şəhərdə təqdimat mərasimi planlaşdırılır.