Gültəkin Hacıbəyli DTX-da dindirildikdən sonra sərbəst buraxılıb (Yenilənib)

Gültəkin Hacıbəyli – Foto: Şəxsi “Facebook” səhifəsindən

Gültəkin Hacıbəyli DTX-da şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.

***

Fevralın 24-də Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin saxlanıldığı bildirilir. 

Hacıbəylinin yaşadığı evdə axtarış aparılıb. Daha sonra o, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) aparılıb.

Onun hansı maddə ilə ittiham olunduğu məlum deyil.

Gültəkin Hacıbəyli ötən il noyabrın 29-dan 30-a keçən gecə İstanbulda yaşadığı evdən polis tərəfindən aparılıb, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə yerləşdirilib. Onun barəsində Türkiyədə G-82 kodu tətbiq edilib.

Fevralın 12-də Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub.

Azərbaycanın hökumətyönlü mediasında Gültəkin Hacıbəylinin adı son aylarda AXCP sədri Əli Kərimli ilə birlikdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin guya dövlət çevrilişinə cəhd planında yer alan şəxslər sırasında çəkilib.

Ana səhifəSiyasətGültəkin Hacıbəyli DTX-da dindirildikdən sonra sərbəst buraxılıb (Yenilənib)