Gəncə hadisələrində şübhəli bilinən şəxs sərhəddə saxlanılıb

İsmayıl İsmayılov

İsmayıl İsmayılov

İsmayıl İsmayılov DİN-ə təhvil verilib

Dövlət Sərhəd Xidməti (DSX) avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlunu saxlayıb.

İsmayıl İsmayılov “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstana gedərkən saxlanıb və onu Daxili İşlər Nazirliyinə təhvil veriblər.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olub. Hadisə ilə bağlı əslən gəncəli olan Rusiya vətəndaşı təqsirli bilinir. Bundan sonra, iyulun 10-da Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirlib.

Baş prokuror Zakir Qaralov iyulun 30-da keçirdiyi toplantıda demişdi ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə hadisələri ilə bağlı 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1nqsg0

Ən çox baxılan