Gələn il də ölkədə adambaşına düşən ÜDM 4000 dollar olacaq

Azərbaycan ÜDM-nin həcminə görə, Rusiya, Qazaxıstan və Belarusdan geridədir

Source:


Azərbaycan ÜDM-nin həcminə görə, Rusiya, Qazaxıstan və Belarusdan geridədir

“2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşən ÜDM 4000 dollardır”.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin bank qrupunun direktoru Yaroslav Sovqira “CIS bankers VI Ukrainian Banking Foru” adlı tədbirdə çıxışı zamanı bildirib.

Məlumatı APA yayıb.

Yaroslav Sovqira qeyd edib ki, 2017-2018-ci illərdə Rusiyada bu göstərici 9000, Qazaxıstanda 8000, Belarusda 6000, Ukraynada isə 2000 dollardan çox olacaq.

“Moody’s”-in daha əvvəlki hesabatlarında da Azərbaycanla bağlı durum ürəkaçan olmayıb. Agentliyin avqustda yaydığı məlumatda Azərbaycan iqtisadiyyatının karbohidrogenlərdən asılı olduğu bildirilirdi:

“Neft ucuzlaşdığı üçün yaxın illərdə sürətli artım gözləmək olmaz”.

Sənəddə deyilirdi ki, “yeni qaz ixracı kəməri 1-3 il sonra fəaliyyətə başlayacaq (2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya), Avropa qaz tədarükünü şaxələndirəcək. Azərbaycan digər tədarükçülərlə rəqabətə girməli olacaq, onlar rəqabətli qiymətlər təklif edəcək:

““Şahdəniz” layihəsi çərçivəsində qaz ixracı başlayanda, ölkənin gəlirləri ciddi artmayacaq. Əvvəla, xarici şirkətlər investisiyalarını qaytarmalıdır; ikincisi ortamüddətli perspektivdə qazın bahalanacağı gözlənilmir”.

Ötən il Azərbaycanda ÜDM 3.8 faiz azalıb.

Ana səhifəXəbərlərGələn il də ölkədə adambaşına düşən ÜDM 4000 dollar olacaq