Mənbə: Meydan Tv

Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN araşdırma aparır (Yenilənir)

Məqalə yeniləndi:  18 Aprel 2019

“ONA” saytına açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin Bakı şəhər sakini Tural Qarayev polis tərəfindən saxlanılıb.

“T.Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək”.

***

Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”

Fuad Qəhrəmanlının qızı 14 yaşlı Sanay Yağmura edilən hücumla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Bunu “Qafqazinfo” saytına DİN Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

O qeyd edib ki, bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib.

“Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

S.Yağmur aprelin 17-də YAP-ın Suraxanı rayon təşkilatının üzvü Tural Qarayevin ona hücum etdiyini bildirib. Sanay Yağmurun sosial şəbəkələrdə yaydığı məlumata görə, Tural Qarayev onu təhqir edib və ona qarşı fiziki güc işlədib.

Zərərçəkənin anası, yazıçı Zümrüd Yağmur Meydan TV-ə deyib ki, Tural Qarayev uşağa hədə-qorxu gələrkən prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adını çəkib, onlardan üzr istəməsini tələb edirdi.

Zümrüd Yağmur media vasitəsilə ölkə prezidentinə və xanımına müraciət edib:

“Əgər ölkə başçısı və onun xanımının adı çəkilərək küçədə 14 yaşlı uşaqlar döyülürsə, deməli, nələrisə doğru etmirsiniz ki, belə özbaşınalıqlar olur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Aprel 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bd7844

Ən çox baxılan