Aleksey Navalnı

Mənbə: arxiv

Başlıq: Aleksey Navalnı

Fransa və İsveç laboratoriyaları da Navalnının “Noviçok”la zəhərləndiyini təsdiqləyib

Almaniya: “Artıq bizi Navalnının zəhərlənməsinə dair xəbərlərə görə qınamayın”

Almaniyanın Xarici işlər naziri deyib ki, digər ölkələrin müstəqil laboratoriyalarının Almaniyanın Aleksey Navalnının rus hərbi sinir maddəsi ilə zəhərləndiyinə dair gəldiyi nəticəni təsdiqləməsi Moskvanın Almaniyanın tapıntılarına dair tənqidlərinə son verməli olduğunu göstərir, - “Reuters” xəbər verir.

Bazar ertəsi Almaniya hökuməti Fransa və İsveçdəki laboratoriyaların Berlin xəstəxanasında müalicə alan Kremlin tənqidçisi Navalnıdan götürülmüş nümunələri sınaqdan keçirdiyini və Sovet tipli sinir maddəsi “Noviçok”un qəfil xəstəliyə səbəb olduğunu bildirdiyini deyib.

Xarici işlər naziri Hayko (Heiko) Maas Berlində keçirdiyi mətbuat konfransında “biz artıq pis xəbər daşıyanların - yəni bizim - tənqid olunacağını gözləmirik” deyib.

Bəyanatın ardından Rusiya Xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı planlaşdırılan danışıqlar üçün Berlinə ediləcək səfərini təxirı salıb.

Moskva Navalnının zəhərlənməsinə dair dəlil görmədiyini deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nd06f3

Ən çox baxılan