Fərəc Kərimli azad olundu

”Amnistiyaya düşən şəxslərin buraxılması üçün 4 ay vaxt ayrılır və bu müddətin bitməsinə çox az qalmışdı, Fərəc Kərimlini də bugün buraxıblar”

Source:
Fərəc Kərimli foto sosial şəbəkə
Fərəc Kərimli foto sosial şəbəkə
Fərəc Kərimli foto sosial şəbəkə
Fərəc Kərimli foto sosial şəbəkə


”Amnistiyaya düşən şəxslərin buraxılması üçün 4 ay vaxt ayrılır və bu müddətin bitməsinə çox az qalmışdı, Fərəc Kərimlini də bugün buraxıblar”

15 iyun amnistiyasına düşən Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli oktyabrın 4-də azad olunub. Bu barədə Müsavat başqanı Arif Hacılı Meydan TV-yə məlumat verib.

“Amnistiyaya düşən şəxslərin buraxılması üçün 4 ay vaxt ayrılır və bu müddətin bitməsinə çox az qalmışdı, Fərəc Kərimlini də bugün buraxıblar”,-deyə Arif Hacılı bildirib.

Fərəc Kərimli 2014-cü ilin iyulun 23-də saxlanıb, 2 gün sonra onun barəsində üç aylıq həbs qərarı çıxarılıb. O, narkotik maddə saxlamaqda ittiham olunub və 6,5 il azadlıqdan məhrum edilib. Özü ittihamı rədd edib və həbsini siyasi motivlərlə əlaqələndirib.

Fərəc Kərimli ilə yanaşı qardaşı Sirac Kərimli də eyni ittihamla həbs olunub. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. S.Kərimli 17 mart 2016-cı il tarixində əvf olunub.

Amnesty İnternational təşkilatı qardaşları vicdan məhbusu kimi tanıyıb.​

Ana səhifəXəbərlərFərəc Kərimli azad olundu