Aktrisa ağciyər çatışmazlığı nəticəsində ölüb
Türkiyənin kino aktrisası Fatma Girik 79 yaşında vəfat edib.
O, COVİD-19 səbəbiylə pnevmoniyadan müalicə olunarkən tənəffüs çatışmazlığı nəticəsində ölüb.
Fatma Girik Türkiyə kino sənayesinin korifeylərindən sayılır. 180-dən çox filmdə çəkilib.
Həmçinin siyasətlə məşğul olub.
1989-1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli bələdiyyə sədri olub.