Onun ölüm səbəbi barədə məlumat verilmir
İtaliyalı aktrisa Cina Lollobricidanın 95 yaşında vəfat etdiyi bildirilir.
Onun ölüm səbəbi barədə məlumat verilmir.
Cina Lollobricidanın ilk kino debütü 1946-cı ildən etibarən epizodik rollarla olub.
Ona dünya şöhrətini fransız kinorejissor Kristian-Jakın “Fanfan-zanbaq” filmindəki Adelina Lafranşiz obrazı gətirib.
Aktrisanın kino karyerası 1973-cü ildə dayandırılsa da, o, 1997-ci ilə qədər filmlərdə rol alıb.
50 il ərzində o, Avropa və ABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Paris Notrdam kilsəsi”ndə (1956) Esmeralda obrazı olub.