Əvəz Zeynallının anası əfv ərizəsi yazmayıb

Məhbus jurnalist Qurban Məmmədovun yazdıqlarına aydınlıq gətirib

Source:

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının anası Şamama Zeynallının əfv ərizəsi yazması barədə məlumt təkzib olundu. Bu barədə jurnalistin həyat yoldaşı Məlahət Zeynallı Meydan TV-yə açıqlama verib. Onun sözlərinə görə, İREX-nin tədbirində iştirak edən jurnalistlər Əvəz Zeynallı haqqında yazı hazırlamaq üçün məhbusun anası Şamama Zeynallı ilə görüşüblər. Söhbət zamanı yaxın qohumlardan biri Şamama Zeynallının dediklərini düzgün anlamadığından onun əfv ərizəsi yazması haqqında mətbuata məlumat ötürüb. Halbuki, məhbus jurnalistin anası ərziə yazmayıb. Bu hadisədən Əvəz Zeynallı da xəbət tutub və evə zəng edərək etirazını bildirib”.

Məlahət Zeynallı məhbus vəkil Qurban Məmmədovun Bakı İstintaq Təcridxanasının rəisinin Əvəz Zeynallı da daxil olmaqla bir neçə siyasi məhbuslarla görüşməsi barədə yazdıqlarında anlaşılmaz olduğunu dedi: “Əvəz Zeynallı mənimlə telefon əlaqəsi saxlayan zaman bildirdi ki, onlarla əfv barədə heç bir söhbət aparılmayıb”.

Qeyd edək ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Baş redaktor haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi açılmış, daha sonra CM-nin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürüldü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda Əvəz Zeynallı 10 saylı cəzaçəkmə müəssisəsində saxlanır.

Ana səhifəXəbərlərƏvəz Zeynallının anası əfv ərizəsi yazmayıb