Bukmekerlərin fikrincə, builki qalib Ukraynadır
“Eurovision 2022” mahnı müsabiqəsi başlayır.
Mayın 10-da Turin şəhərindəki “PalaOlimpico” arenada ilk yarımfinalı keçiriləcək.
Birinci yarımfinalda 17 ölkədən – Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Hollandiya, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistandan olan iştirakçılar çıxış edəcək.
Məhz birinci yarımfinalda “Eurovision 2022” müsabiqəsinin əsas favoriti olan Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə çıxış edəcək.
Avropa bukmeker kontorlarının fikrincə, müsabiqənin builki qalibi Ukraynadır.
“Kalush Orchestra” qrupunun qələbə ehtimalı 49%-dir.
Bukmekerlər isə qrupun finala çıxmaq şansını 95% qiymətləndirirlər.
“The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə 66-cı dəfədir təşkil olunan yarışmanınn digər yarımfinalı mayın 12-də, finalı isə 14-də olacaq.
Turində keçirilən müsabiqədə Azərbaycanı müğənni Nadir Rüstəmli “Fade to black” lirik balladası ilə təmsil edir.
İfaçı ikinci yarımfinalda dördüncü nömrə ilə çıxış edəcək.
Avropa Yayım Birliyi Ukraynada başlatdığı hərbi əməliyyatlara görə Rusiyanın müsabiqədə iştirakını əngəlləyib.