“Eurovision” yarışmasının ikinci yarımfinalı başlayır

Qrup ölkəsini “Think about things” mahnısı ilə təmsil edir.

Source: Meydan TV


Müsabiqə İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq

Bu gün, mayın 20-də “Eurovision” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçiriləcək.

2020-ci ildə pandemiyaya görə təxirə salınan müsabiqə bu il mayın 18-də Niderlandın Rotterdam şəhərində start götürüb.

“Ahoy” arenasında reallaşacaq növbəti mərhələdə 17 ölkənin təmsilçisi San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edəcək.

İslandiya təmsilçisi “Daði og Gagnamagnið” qrupunun üzvləri yeni növ koronavirusa yoluxduğu üçün ayın 13-də lentə alınmış məşqləri nümayiş olunacaq.

Qrup ölkəsini “Think about things” mahnısı ilə təmsil edir.

Müsabiqə İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Yarışmada Azərbaycanı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edir.

Ümumilikdə 39 ölkədən 34 iştirakçının çıxış edəcəyi müsabiqənin final günü mayın 22-dədir.

Ana səhifəMədəniyyət“Eurovision” yarışmasının ikinci yarımfinalı başlayır