Müsabiqənin yarımfinalı mayın 10-da, finalı isə 14-də baş tutacaq
2022-ci ildə 66-cı “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi Turin şəhərində keçiriləcək.
Bu barədə məlumat yarışmanın rəsmi səhifəsində yer
alıb.
Müsabiqənin yarımfinalı mayın 10 və 12-də, finalı isə 14-də “Palaolimpico” arenada təşkil olunacaq.
İtaliyanın “Maneskin” rok qrupu 2021-ci ildə Niderlandda keçirilən müsabiqənin qalibi olub.
Qrup tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, 524 bal toplayıb.
Onlar səhnədə “Zitti E Buoni” mahnısını ifa ediblər.