Yarışmanın yarımfinalı mayın 12-də, finalı isə 14-də olacaq
“Eurovision 2022”nin ilk finalçılarının müəyyənləşdiyi açıqlanıb.
Bildirilir ki, finala İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova və Hollandiya çıxıb.
“The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə 66-cı dəfədir ki, təşkil olunan yarışmanın digər yarımfinalı mayın 12-də, finalı isə 14-də olacaq.
Müsabiqədə Azərbaycanı müğənni Nadir Rüstəmli “Fade to black” lirik balladası ilə təmsil edir.
İfaçı mayın 12-də, ikinci yarımfinalda dördüncü nömrə ilə səhnəyə çıxacaq.
“Eurovision” mahnı müsabiqəsinin əsasını qoyan beş ölkə – Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliya, həmçinin bu il müsabiqəyə ev sahibliyi edən İtaliya yarımfinalda mübarizədən azad edilib.
Bu ölkə təmsilçiləri birbaşa finalda çıxış edəcəklər.