Nadir Rüstəmli ölkəni “Fade to black” lirik balladası ilə təmsil edir
Mayın 12-də İtaliyanın Turin şəhərində “Eurovision 2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Bu dəfə 18 ölkədən – Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiya təmsilçiləri çıxış edəcəklər.
Müsabiqədə Azərbaycanı müğənni Nadir Rüstəmli “Fade to black” lirik balladası ilə təmsil edir. Mahnının müəllifləri Andreas Stoun, Andreas Retov, Sebastyan Şum və Tomas Stenqaarddır.
Nadir Rüstəmlinin səhnə tamaşasının quruluşçu rejissoru “Eurovision” yarışmasının müxtəlif illərində Çingiz Mustafayev, Samirə Əfəndi və danimarkalı iştirakçılar üçün müsabiqə nömrələri hazırlamış Dane Mads Enqaarddır.
Azərbaycan təmsilçisi səhnəyə dördüncü nömrə ilə çıxacaq.
“Eurovision” mahnı müsabiqəsinin əsasını qoyan beş ölkə – Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliya, həmçinin bu il müsabiqəyə ev sahibliyi edən İtaliya yarımfinalda mübarizədən azad edilib.
Bu ölkə təmsilçiləri birbaşa finalda çıxış edəcəklər.“The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə 66-cı dəfədir ki, təşkil olunan yarışmanın finalı mayın 14-də olacaq.