Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər
Aprelin 25-də Ermənistanın idman və gənclərlə iş nazirinin səlahiyyətlərini icra edən, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Qraçya Rostomyanın
istefası
ndan bir gün sonra istefalar olub.
Bu dəfə Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər.
Bu barədə news.am
yazır ki
, ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa verdiklərini bildiriblər.
Aprelin 16-dan Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları hələ davam edir. Aksiyalar nəticəsində Ermənistanın baş naziri Serk Sarkisyan istefa verib.
Bundan əvvəl parlamentdə Serj Sarkisyanın sədri olduğu Respublikaçılar və Daşnaksütun partiyaları hakim koalisiyanı təşkil edirdilər.