Ermənistan Rusiya ilə hava hücumundan müdafiə üzrə təlimlərə başlayıb

“Pilotsuz uçuş aparatlarına qarşı mübarizə metodları öyrəniləcək”

Source: Meydan TV


“Pilotsuz uçuş aparatlarına qarşı mübarizə metodları öyrəniləcək”

Ermənistan və Rusiyanın hava hücumundan müdafiə üzrə birləşməsi iyulun 23-də təlimlərə başlayıb.

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində bildirib.

Təlimlərin məqsədi pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə metodlarıdır. O bildirib ki, təlimlər zamanı PUA-lara qarşı mübarizənin yeni üsulları formalaşacaq. Təlimlərdə Rusiya və Ermənistanın zenit-raket komplekslərinin, hücum aviasiyasının komandirləri iştirak edirlər.

Şuşan Stepanyan bildirib ki, Ermənistan Azərbaycan sərhədində son döyüşlər zamanı havadakı hərbi hərəkətlər tam olaraq sənədləşdirilib və təlimlər zamanı onlar araşdırılacaq.

Bir sıra ekspertlər Azərbaycan Ermənistan sərhədində baş verən son döyüşlərin nəticəsi olaraq regionun iri dövlətləri Türkiyə və Rusiyanın da münaqişəyə cəlb olunma ehtimalını irəli

sürüblər.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan iyulun 21-də çıxışı zamanı bildirib ki, Ermənistanın təcavüzünə qarşı olan Azərbaycanı tək qoymayacaq.

Ana səhifəXəbərlərErmənistan Rusiya ilə hava hücumundan müdafiə üzrə təlimlərə başlayıb