Ermənilər fərdi yaşayış evlərini artilleriya atəşinə tutur (Yenilənir)

Yaralı var

Source:

Ağdam rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun 12 kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Bu səbəbdən də həmin kəndlərin elektrik enerjisi ilə təchizatında fasələlər yaranıb.

Həmçinin, atəşkəsin pozulması nəticəsində Ağdamın Sarıcalı, Əfətli, Çəmənli, Hacıməmmədli və Qaradağlı kəndlərinə ciddi ziyan dəyib.


——————————-


Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində mülki şəxslər arasında yaralananların sayı artıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamda qarşı tərəfin açdığı atəş nəticəsində daha üç dinc sakin yaralanıb.

Ağdamın Çəmənli kənd sakini, 1984-cü il təvəllüdlü Anar Abdullayev kürək nahiyəsindən, Qaradağlı kənd sakini 1985-ci il təvəllüdlü Elgiz Qarayev baş nahiyəsindən yaralanıb. Və 38 yaşlı Elnur Məmmədov yaralanıb.

Hər üç yaralı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

———————————

Dinc sakinlərdən bir nəfər yaralanıb

Cəbhədə Ermənistan silahlı qüvvələrinin artilleriya hücumu davam edir. Ermənilər fərdi yaşayış evlərini artilleriya atəşinə tutur.

Mərmilərdən birinin yaşayış evlərindən birinə düşməsi nəticəsində 1 nəfər yaralanıb. Ağdamın Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədov yaralanıb.

Yaralı Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artilleriya mərmilərindən biri Tərtər şəhərinin Hüsü Hacıyev küçəsinə düşüb.

Bundan başqa, mərmilərdən biri Əskipara kəndində fərdi yaşayış evlərindən birinə düşərək evə ciddə ziyan vurub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Sarıcallı kənd icra nümayəndəsi ANS PRESS-in bölgə müxbirinə xəbər verib ki, ermənilərin atdığı artilleriya mərmisi yaşayış evlərindən birinə düşüb.

Ana səhifəAnalitikaErmənilər fərdi yaşayış evlərini artilleriya atəşinə tutur (Yenilənir)