Erməni kəşfiyyatçı Azərbaycanın azad etdiyi yüksəkliklərdən danışdı

”Artıq qarşı tərəf Talış kəndi istiqamətində bizim mövqelərimizi görə bilir”

Source:
Vova Vardanov
Vova Vardanov


”Artıq qarşı tərəf Talış kəndi istiqamətində bizim mövqelərimizi görə bilir”

“Taktiki nöqteyi-nəzərdən onlar (azərbaycanlılar-red.) onlarla hərbçimizi məhv edə bilərlər”.

Bunu İrəvanda keçirilən mətbuat konfransında keçmiş kəşfiyyatçı Vova Vardanov deyib.

O bildirib ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu artıq erməni mövqelərini açıq-aydın müşahidə edə bilir.

“Müzakirə olunan həmin 700-800 hektar ərazi səngərlər arasındakı neytral xətdir. Əlbəttə ki, bu, vacib ərazidir. Bir mövqe böyük strateji əhəmiyyətə malik olmaya bilər, lakin böyük taktiki və operativ önəm daşıdığı birmənalıdır. Çünki artıq qarşı tərəf Talış kəndi istiqamətində bizim mövqelərimizi görə bilir”, – deyə o vurğulayıb.



APA

Ana səhifəAnalitikaErməni kəşfiyyatçı Azərbaycanın azad etdiyi yüksəkliklərdən danışdı