Erməni deputatlar Bakıda keçiriləcək tədbirə qatıla bilərlər

“Müraciət edəcəklərsə, müraciətlərinə baxılacaq”

Source:


“Müraciət edəcəklərsə, müraciətlərinə baxılacaq”

“Sentyabrın 22-də “Avronest” Parlament Assamleyası Bakıda tədbir keçirəcək. Tədbirində Avropa Parlamentinin və “Avronest” Parlament Assamleyasının üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Ermənistandan olan deputatların da tədbirdə iştirakı mümkündür. Gəlib-gəlməmələri özlərindən asılıdır. Müraciət edəcəklərsə, müraciətlərinə baxılacaq”.

APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu belə deyib. Bildirib ki, iclas Bakıda Milli Məclisin “Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcək:

“3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, “Avronest” PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq”.

Erməni mətbuatı Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın Bakıda keçiriləcək iclasda iştirak edəcəyini yazıb.

Ana səhifəXəbərlərErməni deputatlar Bakıda keçiriləcək tədbirə qatıla bilərlər