Erkin Qədirli: ”Azərbaycana başqa cür düşünməyə şans qoymayıblar”

”Bu, ”Azərbaycanın güc tətbiq etmək haqqı var” fikrinin diplomatik ifadəsidir”

Source:
Elmar Məmmədyarov


”Bu, ”Azərbaycanın güc tətbiq etmək haqqı var” fikrinin diplomatik ifadəsidir”


“Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı status-kvo zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, status kvo etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər: “Buna baxmayaraq, Azərbaycanı “çirkli bombalar”la hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan, biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu, xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir”.

Nazirin açıqlamasını Meydan TV-yə şərh edən ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib ki, “status-kvo” işğal deməkdir, əgər işğal qalırsa, Azərbaycanın güc tətbiq etməyə də haqqı var. Bu, çox aydın bir həqiqətdir. Sadəcə, əvvəllər status-kvo fərqli izah olunurdusa, aprel döyüşlərindən sonra ritorika bir az dəyişib.

E.Qədirli onu da əlavə edib ki, status-kvo gücün tətbiqinə haqq qazandırır. Bu, “Azərbaycanın güc tətbiq etmək haqqı var” fikrinin diplomatik ifadəsidir.

Erkin Qədirli
Erkin Qədirli


Onun fikrincə, prezidentlərin iyun görüşü nəticəsiz bitərsə, hər şey ola bilər: “Nə qədər ki, işğal var. müharibə ehtimalı həmişə var. Çünki Azərbaycana başqa cür düşünməyə şans da qoymayıblar. 20 ildir danışıqlar gedir, nə ümidvericvi təklif var, nə də nəticə”.

Ana səhifəAnalitikaErkin Qədirli: ”Azərbaycana başqa cür düşünməyə şans qoymayıblar”