Ərəstun Oruclu: ”Əgər hərbi qarşıdurma qaçılmaz olarsa…”

”Hakimiyyət xalqın qalıb ruhda olmasından qorxmamalıdır”

Source:
Arastun Oruclu
Arastun Oruclu


”Hakimiyyət xalqın qalıb ruhda olmasından qorxmamalıdır”

“Müşahidələrdən belə görünür ki, Ermənistan hücuma hazırlaşır və həm də bu dəfə öz müttəfiqinin dəstəyi ilə”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu özünün Facebook səhifəsində yazıb. O, bu vəziyyət yaranarsa və növbəti hərbi qarşıdurma qaçılmaz olarsa, hansı addımların atılmasının vacibliyini də vurğulayıb:

“Hər şeydən əvvəl, elə indidən çox çevik informasiya siyasəti yürüdərək, bütün dünyanın diqqətinə çatdırmaq lazımdır ki, Ermənistan hücuma hazırlaşır. Bütün beynəlxalq təşkilatlara, sülh prosesindəki vasitəçilərə, diplomatik missiyalara rəsmi müraciət edərək, bunu sənədlərlə ortaya qoymaq;

– Ayrıca BMT-yə müraciət etmək;

– Ermənistana qarşı onun işğal etmiş olduğu ərazilərimizdə bütün vasitələrdən (terror xaric, bütün!) istifadə edərək, onun daxilində panika və qorxu yaratmaq;

– Canlı qüvvədən minimum, arsenalımızda olan müasir silahlardan maksimum və dəqiq istifadə etməklə işğalçının hərbi infrastrukturuna və kommunikasiyalara (yollar, hərbi hava limanları, komanda-qəragah binaları, radar qurğuları, körpülər, rabitə qurğuları və stansiyaları və s.) qısa müddət ərzində fasiləsiz dağıdıcı zərbələr endirmək;

– Bütün prosesin gedişatı boyu beynəlxalq aləmin nəzərinə çatdırmaq ki, əməliyyatın məqsədi yalnız işğalçının hərbi-texniki və s. resurslarını sıradan çıxarmaq, atəş nöqtələrini susdurmaq və hücum imkanlarını minimuma endirməkdir;

– əsgər, gizir və zabirlərimizi düşmənin bütün mümkün həmlələrindən maksimum qorumaq və bu məqsədlə heç bir halda əraziləri azad etmək üçün ora canlı qüvvə yeritməmək. Bu, sonranın işidir.

Bu halda, Azərbaycan çox ciddi üstünlük və hətta siyasi-diplomatik qələbə qazanmış olacaq ki, sonrası da artıq sülh danışıqlarının predmetidir. Əminəm ki, belə bir əməliyyat baş tutarsa, ilk növbədə, Rusiya Ermənistanı sülh danışıqları masası arxasına oturmağa məcbur edəcək, çünki əks halda Rusiya özü prosesə hərbi müdaxilə etməlidir ki, bu halda yeni sanksayalar qaçılmaz ola bilər.

Bizə isə bu gün qələbə lazımdır. Azərbaycan insanı məğlub durumdan çıxmalıdır və onda o, bütün sahələrdə uğurlu addımlar ata biləcək. Hakimiyyət də xalqın qalıb ruhda olmasından qorxmamalıdır, çünki məğlub xalqın kini də, nifrəti də, dağıdıcı potensialı da qaliblə müqayisə edilməz dərəcədə çox olur”.

Ana səhifəAnalitikaƏrəstun Oruclu: ”Əgər hərbi qarşıdurma qaçılmaz olarsa…”