Ərdoğan: Türkiyə normal həyata mayın sonunda qayıdacaq

“Biz Ramazan ayı boyunca tədbirlərə maksimum dərəcədə riayət etməyi və tətildən sonra (Ramazan ayının sonunda) ölkəmizdə normal həyata keçməyi hədəfləyirik”, – o bildirib.

Source: Reuters


“Bu pandemiya İkinci Dünya Müharibəsindən bəri iqtisadi nəticələrə görə ən böyük böhran olub”

Türkiyədə koronavirusun yayılması üfüqi seyrə keçib və ölkə Ramazan ayının sonundan etibarən, yəni may ayının sonunda normal dönəcək”, – Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Anadolu” xəbər agentliyi çərşənbə axşamı xəbər verib ki, Türkiyədə COVİD-19 yoluxma halları 90,980-ə çatıb. Bu halla Türkiyə Avropa və ABŞ-dakı yoluxma hallarını da üstələyib. Ölkədə ölənlərin sayı 2,140 olub. Öz növbəsində Ankara yayılmanın qarşısını almaq üçün getdikcə daha sərt tədbirlərə əl atır.

“Bu pandemiya İkinci Dünya Müharibəsindən bəri iqtisadi nəticələrə görə ən böyük böhran olub”, – Ərdoğan hakim AK Partiya rəsmiləri ilə video konfransında deyib.

“Biz Ramazan ayı boyunca tədbirlərə maksimum dərəcədə riayət etməyi və tətildən sonra (Ramazan ayının sonunda) ölkəmizdə normal həyata keçməyi hədəfləyirik”, – o bildirib.

Mübarizə tədbirlərinin sərtləşdirilməsi səyləri çərçivəsində Ərdoğan bazar ertəsi günü deyib ki, cümə günündən etibarən ölkənin 31 şəhərində dörd günlük təcrid tətbiq ediləcək. Bundan öncə iki həftə ərzində əhalidən evdə qalmaları istənmişdi.

Cümə axşamı Türkiyədə milli tətildir. Cümə isə müqəddəs Ramazan ayının başlaması qeyd ediləcək. Türk rəsmiləri bildirib ki, mağazalar cümə axşamı və cümə gecə saat 2-dək açıq olacaq.

Ana səhifəDünyaƏrdoğan: Türkiyə normal həyata mayın sonunda qayıdacaq