Mənbə: Meydan TV

Ərdoğan: Ankara Rusiya S-400 müdafiə sistemləri ilə bağlı geri addım atmayacaq

“ABŞ-ın təklifi Rusiyanın təklifi qədər sərfəli olmayıb”

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə axşamı deyib ki, Ankara Rusiyadan aldığı S-400 raket əleyhinə müdafiə sistemləri ilə bağlı geri addım atmayacaq, - “Reuters” xəbər verir.

Səhər namazından sonra jurnalistlərə müsahibə verən Ərdoğan deyib ki, ABŞ-ın Türkiyəyə “Patriot” sistemləri satma təklifi Rusiyanın təklifi qədər sərfəli olmayıb.

"Atacağımız bir addım var. Ortada bir razılaşma var və biz məsuliyyət daşıyırıq," o deyib: "Geri addım atmaq kimi bir məsələ mümkün deyil".

Türkiyə Rusiyadan S-400 raket sistemlərini almaqla bağlı Moskvayla razılığa gəlib və sistemlər bir neçə həftə ərzində təslim ediləcək. NATO üzvü olan Ankaranın bu addımı Vaşinqtonu və onun müttəfiqlərini ciddi şəkildə narahat edir. Onlar qeyd edirlər ki, Rusiya müdafiə sistemləri NATO-nun müdafiə sistemi ilə uyğun gəlmir və ABŞ-ın Türkiyənin də almasını planlaşdırdığı F-35 döyüş təyyarələrinə təhlükə yaradır.

Ərdoğan deyib ki, Ankara ABŞ-la məsələni müzakirə etmək üçün işçi qrupu yaradılmasını təklif edib. Ancaq Türkiyə prezidenti Vaşinqtonun cavabıyla bağlı mövqe bildirməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c4f2jl

Ən çox baxılan