Ərdoğan Ajda Pekkanı mükafatlandırdı

Fotolar: “Yenisafak.com”

Müğənniyə Prezident Mükafatı verilib

Türkiyəli müğənni Ajda Pekkan Mədəniyyət və İncəsənət üzrə Prezident Mükafatına layiq görülüb.

Mükafatı 76 yaşlı müğənniyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Ərdoğan çıxışı zamanı deyib ki, Ajda Pekkan “Kimler geldi kimler geçti”, “Petrol”’, “Her yaşın bir güzelliği var” kimi mahnılarla Türkiyə sənət tarixinə adını qızıl hərflərlə yazıb.

Türk musiqisinin son yarım əsrinə damğasını vurması ilə yanaşı, yeni sənətçilərin də yetişməsinin ilham qaynağı olub.

Ajda Pekkan Türkiyədə türk pop musiqisinin “Superstar”ı olaraq tanınır.

Ana səhifəMədəniyyətƏrdoğan Ajda Pekkanı mükafatlandırdı