Entoni Hopkins Freydi canlandıracaq

Entoni Hopkins. Mənbə: Entoni Hopkins/shutterstock

Freyd Klayv Steyplz Lyuisi Allahın varlığı ilə bağlı debata çağırır

ABŞ və Böyük Britaniya aktyoru Entoni Hopkins yeni filmə çəkiləcək.

“Freydin son seansı” (“Freud’s last session”) adlı filmdə aktyor psixoloq Ziqmund Freydin obrazını canlandıracaq.

Film yazıçı Mark st.Cermeynin eyniadlı pyesi əsasında çəkiləcək.

Ekran işinin ssenari müəllifi Mark st. Cermeyn, rejissoru isə Mett Braundur.

Filmdə hadisələr İkinci Dünya müharibəsi ərəfəsində – psixoanalizin atası sayılan Freydin həyatının son illərindən bəhs edir.

Freyd İrlandiya yazıçısı Klayv Steyplz Lyuisi Allahın varlığı ilə bağlı debata çağırır.

Entoni Hopkins kinematoqrafiyada daha çox “Quzuların səssizliyi”, “Hannibal”, “Qırmızı Əjdaha” filmlərindəki sislsilə qətllər törədən adamyeyən Hannibal Lekter obrazı ilə məşhurdur.

O, 1992-ci ildə “Quzuların səssizliyi” filminə görə “Oskar” alıb.

Ana səhifəMədəniyyətEntoni Hopkins Freydi canlandıracaq