”Elmar Məmmədyarovun bəyanatı suallar yaratdı”

Ərəstun Oruclu: ”Əgər bu, Moskvanın planldırsa, niyə bu plan haqqında Lavrov yox, Məmmədyarov danışır?”

Source:
Ərəstun Oruclu və Rauf Mirqədirov
Ərəstun Oruclu və Rauf Mirqədirov


Ərəstun Oruclu: ”Əgər bu, Moskvanın planldırsa, niyə bu plan haqqında Lavrov yox, Məmmədyarov danışır?”


Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun bugünkü bəyanatı ekspertlərin və müşahidəçilərin reaksiyasına səbəb olub və eyni zamanda xeyli sual ortaya qoyub.

Siyasi şərhçi Ərəstun Oruclu qeyd edib ki, nazirin bəyanatı bir sıra suallar doğurub və mühüm dəqiqləşmələr tələb edir. Belə ki, əgər bu, Moskvanın planldırsa, niyə bu plan haqqında Lavrov yox, Məmmədyarov danışır?

Sonra nazir erməni qoşunların Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyindən danışanda hansı rayonları nəzərdə tutub? Söhbət Qarabağ ətrafındakı rayonlardan, yoxsa Dağlıq Qarabağın özündən gedir?

Eyni zamanda bu məsələdə ATƏT-in rolu aydın deyil. Niyə mərhələli planı Minsk Qrupunun ancaq bir üzvü irəli sürür, qalanları yox?

Rusiyanın təkliflərində aysberqin üst tərəfinin olması barədə Məmmədyarovun sözləri nəyi anladır? “Zənnimcə, nazir planın özünə loyallıq göstərmək istəyib, lakin burada Bakını qane etməyən məqamların olduğuna işarə edib.

Görünməyən hissə- Azərbaycanı qane etməyən detallardır, məhz: KTMT və Avrasiya İttifaqına dəvətdir. Sergey Lavrov Bakıda olarkən buna açıq eyham vurdu.

Və nəhayət, bu, sülhməramlılar məsələsidir. Rusiyanın nizamlanma planını bu ölkənin sülhməramlı qoşunlarının iştirakı olmadan təsəvvür etmək çətindir, bu isə çox təhlükəli məqamdır”, – Ə.Oruclu vurğulayıb.

“Bu, Azərbaycan üçün nə dərəcədə təhlükəlidir və ya Qərb, ilk növbədə, ABŞ regionda yalnız rusiyalı sülhməramlıların yerləşdirilməsinə imkan verərmi?” sualının cavabında ekspert deyib ki, Qərb çətin ki, buna razılıq versin.

Azərbaycana Abxaziya və Cənubi Osetiya təcrübəsini xatırlamaq yetər. Belə ki, Rusiyanın birtərəfli addımları orada monopoloiya və hökmranlığa gətirib çıxardı.

Öz növbəsində tanınmış siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, nazir Rusiyanın təkliflərini aysberqlə müqayisə etməklə çox güman ki, bu təkliflərdəki bəzi natamamlıqlara işarə edib.

Ola bilsin ki, Rusiyanın təkliflərində Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərin azad olunmasını nəzərdə tutan hansısa ümumi prinsiplər var və bu mənada Azərbaycanın maraqlarına cavab verir.

Eyni zamanda təkliflərin hərtərəfli işlənməsi yoxdur, əsasən referendumun (əgər bu, planın bir hissəsidirsə) forması və keçirilmə vaxtı, sülhməramlıların yerləşdirilməsi, onların tərkibi il bağlı məsələlər məlum deyil.

Bir fakt da diqqəti çəkir ki, Ermənistan Lavrovun planını dərhal rədd etdi. Çətin ki Sarkisyan Yerevanın Moskvadan tam asılılığını bildiyi halda bu demarşı özünə rəva görərdi, – R.Mirqədirov qeyd edib (


“Turan” İA


).

Ana səhifəAnalitika”Elmar Məmmədyarovun bəyanatı suallar yaratdı”