Elmar Məmmədyarov: Peterburq görüşünün nəticələrini müsbət qiymətləndiririk

”Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər”

Source:


”Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər”

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatında bildirilib.

“Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər”,-deyə bəyanatda qeyd olunub.

Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları vurğulanıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün konstruktiv keçirildiyini deyib: “Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”.

“İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, – deyə o vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

“Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub”, – deyə Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşayiətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.

Ana səhifəAnalitikaElmar Məmmədyarov: Peterburq görüşünün nəticələrini müsbət qiymətləndiririk