Elmar Məmmədyarov: ”Ermənistan bütün təşəbbüsləri rədd edir”

Nazir yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib

Source:
Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Elmar Məmmədyarov


Nazir yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-ə CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış edib.

XİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, nazir E.Məmmədyarov cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməlləri haqqında məlumat verib.

Nazir E.Məmmədyarov qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir.

Nazir E.Məmmədyarov yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib.

Ermənistanın hər bir vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.

Ana səhifəAnalitikaElmar Məmmədyarov: ”Ermənistan bütün təşəbbüsləri rədd edir”