Əli Kərimli barəsində qərar dəyişdirilməyib

AXCP sədri Əli Kərimli

Bu gün, dekabrın 10-da Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi barədə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi qapalı keçirilib.

Vəkillər vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzolunmasını tələb edib. 

Məhkəmə vəsatəti təmin etməyib. 

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun yaydığı məlumata görə, polislər məhkəmə önünə gələn fəallara maneələr yaradıb və onlara qarşı zorakılıq göstərib. 

Saxlanılanların olduğı deyilir. Onlardan bir neçəsi sərbəst buraxılıb.

Əli Kərimli noyabrın 29-da saxlanılıb.

Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.

Hökümətyönlü media onun “Ramiz Mehdiyev işi”nə görə saxlanıldığını yazır.

Ana səhifəSiyasətƏli Kərimli barəsində qərar dəyişdirilməyib