
Mənbə: prezident.az
Başlıq: Əli Həsənov
Əli Həsənovun ailəsinə məxsus olduğu deyilən 6 şirkət ləğv edilib
Şirkətlərin könüllü bağlandığı bildirilir
Yanvarın 13-də Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ailəsinə məxsus olduğu deyilən 6 şirkətinin könüllü ləğv edildiyi elan edilib.
Bu barədə Dövlət Vergi Xidmətinin “Vergiler” onlayn qəzetində elan verilib.
Qəzetdə ləğv edilən şirkətlərin siyahısı da dərc edilib.
Şirkətlərin adları “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər və “Kaspi Co” MTK-dır.
Noyabrın 29-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub.
Bildirilib ki, Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb, prezidentin yeni köməkçiləri və administrasiyanın şöbə müdirləri təyin olunub.
Siyahıda 2015-ci ildən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi və şöbə müdiri Əli Həsənov adı yoxdur.
Prezidentin sərəncamı ilə o, tutduğu vəzifədən azad olunub.
Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib.
2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019