Eldar Həsənov

Mənbə: arxiv

Başlıq: Eldar Həsənov

Eldar Həsənovun həbs müddəti artırıldı

Sabiq səfir bu qərara etiraz edib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb. Oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsində qərar çıxarılıb.

Keçmiş Baş prokuror və səfirin həbs müddətinin uzadılması barədə prokurorluğun təqdimatına hakim Elməddin Hüseynov baxıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, E.Həsənovun özü də, onun vəkili Adil İsmayılov da təqdimatın təmin olunmamasını istəyib. Onlar həbs müddətinin uzadılmasına etiraz ediblər.

Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi isə təqdimatı müdafiə edib, E.Həsənovun həbsdə saxlanması üçün əsasların aradan qalxmadığını bildirib.

Hakim təqdimatı təmin edib və E.Həsənov haqqında həbs-qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

E.Həsənov avqustun 13-dən həbsdədir. Onun barəsindəki cinayət işi əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqında cinayət işi çərçivəsində qaldırılsa da, on gün öncə ayrılıb. Sabiq səfirin işinin istintaqı Baş Prokurorluğa həvalə olunub. İş artıq prokurorluğa göndərilsə də, E.Həsənov DTX-nın təcridxanasındadır.

E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

E.Həsənovun həbsindən sonra onun səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zzfzbv

Ən çox baxılan