Əfqan Nağıyev

Mənbə: Foto: Meydan TV

Başlıq: Əfqan Nağıyev

DTX Sərhəd Xidmətinin rəis müavinini həbs edib

Məqalə yeniləndi:  14 May 2020

Yüksək rütbəli hərbi qulluqçular və mülki şəxslər də istintaqa cəlb olunub

Dövlət Təhlükəsizliyi Xidməti Respublika Prokurorluğu ilə birgə mayın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində apardığı əməliyyat barədə məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, eyni zamanda, yüksək rütbəli hərbi qulluqçular və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb. Məlumatda qeyd edilib ki, hazırda araşdırmalar davam etdirildiyindən əlavə məlumat veriləcək.

2019-cu ilin dekabrından başlayaraq DTX bir sıra icra strukturlarında korrupsiyaya qarşı əməliyyatlar keçirib.

Xüsusi xidmət orqanları tərəfindən Ağstafa, Neftçala, Biləsuvar, İmişli rayonlarının icra başçıları, mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs ediliblər.

Saxlanılanlar rüşvətdə, dövlət vəsaitlərini məsimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/whfhp1

Ən çox baxılan