Dövlətə xəyanətdə suçlanan şəxs ölkədən çıxarkən tutulub

Daha 6 nəfər də həbs edilib

Source:


Daha 6 nəfər də həbs edilib

Dövlətə xəyanətdə ittiham olunan Muxtar Yağubov ölkədən çıxmaq istəyərkən tutulub. Dəstənin daha bir neçə üzvü də həbs edilib.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb. Bildirir ki, Muxtar Yağubov Azərbaycanda casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında ölkədən çıxarmağa çalışarkən yaxalanıb:

“O, keçirdiyimiz əks-kəşfiyyat tədbirləri nəticəsində saxlanılıb. Dövlətə xəyanət faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri – Azərbaycan Respublikasının vətəndaşları Muxtar Camal oğlu Yağubov, Şakir Xanlar oğlu Əhmədov, Zəka Abış oğlu Zeynallı, Səbuhi Oktay oğlu Abbaszadə, Xudaşükür Məcid oğlu Nuriyev və Kəmaləddin İsaxan oğlu Hüseynov ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib. Onlar barəsində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib”.

Məlumatda bildirilir ki, istintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib:

“Casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyənləşib. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir”.

Ana səhifəXəbərlərDövlətə xəyanətdə suçlanan şəxs ölkədən çıxarkən tutulub