Dörd vəkilin səlahiyyətlərinə xitam verilib

Cəzalandırılan vəkillərin adı açıqlanmır

Source:


Cəzalandırılan vəkillərin adı açıqlanmır

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyəti 4 vəkilin fəaliyyətini dayandırıb.

Bu barədə Vəkillər Kollegiyasının yaydığı məlumatda deyilir.

Mənbənin məlumatına görə, ötən gün Rəyasət Heyəti 24 intizam icraatına başlayıb.

Müzakirələrin yekunlarına əsasən peşə-etik normalarını pozduğuna görə 7 vəkilin barəsində inzibati tənbeh tətbiq edilib. İki vəkilə töhmət verilib. Bundan əlavə, 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Onlar müqavilə bağlamadan hüquqi yardım göstərdiklərinə, müdafiə hüququnu pozduqlarına və ədalətli məhkəməyə maneə yaratdıqlarına görə cəzalandırıblar.

Cəzalandırılan vəkillərin adları açıqlanmır.

Son 9 ayda Vəkillər Kollegiyası öz vətəndaş mövqeyi ilə tanınan vəkillər – Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərlərinin səlahiyyətlərini dayandırıb.

Bundan öncə tanınmış vəkillər Xalid Bağırov, Əlaif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları Kollegiyadan xaric ediliblər.

Vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillərə qarşı ittihamlarla DİN, Ədliyyə Nazirliyi və Baş Prokurorluq orqanları çıxış ediblər.

Ana səhifəXəbərlərDörd vəkilin səlahiyyətlərinə xitam verilib