Dollar kreditlərinin həlli üçün Prezidentə müraciət edilib

Vahid Əhmədov: “Hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”

Source:

“Vətəndaşların xarici valyutada olan kreditləri ilə bağlı çox ciddi problemləri var. Hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”.

Milli Məclisin iclasında deputat Vahid Əhmədov belə deyib. O, məsələnin həll edilməsi üçün prezident İlham Əliyevə müraciət edib:

“Son islahatlar vətəndaşların sosial vəziyyəti ilə bağlı müsbət addımlardır. Hazırda narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır. Xahiş edərdik ki, ölkə başçısı bu məsələyə də baxsın”.

O əlavə edib ki, xarici valyutada olan kreditlərlə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlaraq hökumətə təqdim edib:

“Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.

Sözügedən təkliflərdə problemli kreditlərin dövlət, bank, Mərkəzi Bank və vətəndaşlar arasında bölüşdürülməsi nəzərdə tutulub.

Ana səhifəXəbərlərDollar kreditlərinin həlli üçün Prezidentə müraciət edilib