Dindar Elçin Manafovun saxlanıldığı bildirilir

Yaxınları onun səhər saatlarından ”yoxa çıxdığını” deyirlər

Source:


Yaxınları onun səhər saatlarından ”yoxa çıxdığını” deyirlər

“Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri Elçin Manafovun polis tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə məlumatı “Hedef14.az”-a onun yaxınları verib.

Onlar Elçin Manafovun iyunun 22-i səhər saatlarından “yoxa çıxdığını” bildiriblər:

“Ona dünən zəng etdilər. Hansısa idarəyə dəvət etdilər. Güman edirik ki, bu, Ramazan ayının son cümə günü ilə əlaqədardır. Həmin gün bütün dünyada Beynəlxalq Qüds Günü kimi qeyd edilir və zülmə etiraz, məzlumlara dəstək məqsədilə müxtəlif tədbirlər, aksiyalar keçirilir. Bunun qarşısın almaq üçün onu saxlamış ola bilərlər”.

Ana səhifəXəbərlərDindar Elçin Manafovun saxlanıldığı bildirilir