Dəbdəbəli qəbirüstü abidələrinə qadağa gəlir

“Yeni qayda bundan sonra salınacaq məzarlıqlara aid ediləcək”

Source:


“Yeni qayda bundan sonra salınacaq məzarlıqlara aid ediləcək”

Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin qərar layihəsi var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya belə deyib:

“Nazirlər Kabinetinin bununla bağlı qərar layihəsi hazırdır. Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydaların tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək. Yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin yaradılmasına icazə verilməyəcək”.

M.Qurbanlı əlavə edib ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlanması məqsədi daşıyır.

Azərbaycanda yas mərasimlərinin keçirilməsinə də bəzi qadağalar qoyulmuşdu. 2014-cü ildə dövlət mərasimlərdə israfçılıq hallarının qarşısının alınması üçün bəzi standartlar qoyub, menyu müəyyənləşdirmişdi.

Menyudan kənar qida məhsullarının verilməsinə qadağa qoyulmuşdu. Həmin qadağaya görə, süfrədə yalnız çay və qənd olmalı idi. Bu qaydaya nə qədər əməl olunduğunu demək çətidir.

Ana səhifəXəbərlərDəbdəbəli qəbirüstü abidələrinə qadağa gəlir