AFFA onunla müqavilə müddətini uzatmayıb
AFFA futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.
İtaliyalı mütəxəssislə yeni müqavilə imzalanmayıb.
Bu barədə qərar noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edirdi. Onun AFFA ilə müqaviləsi bu il noyabrın sonuna qədər qüvvədə idi.