Daşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb

Daşınmaz əmlak bazarında aktivliyin azalması işgüzar və iqtisadi aktivliyin ümumi azalması fonunda baş verir

Source:


Daşınmaz əmlak bazarında aktivliyin azalması işgüzar və iqtisadi aktivliyin ümumi azalması fonunda baş verir

2016-cı ilin I rübündə Azərbaycanda  37 345 daşınmaz əmlak obyektinə mülkiyyət hüququ qeydiyyata alınıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb, deyə Əmlak Məsələləri Dövlət Komitəsi bildirir.

İlkin daşınmaz əmlak bazarında əməliyyatlar təkrar bazara nisbətən (-29,6 faiz) daha zəif templə (-3,1 faiz) azalıb. Amma bu ilin yanvar-martında təkrar bazarda daşınmaz əmlak obyektlərinin alqı-satqı əməliyyatları ilkin bazarda daşınmaz əmlak obyektlərinə mülkiyyət hüququ qeydiyyatı statistikasından (10 991) 2,5 dəfə çox olub.

Başqa daşınmaz əmlak növlərindən fərqli olaraq, deyilən dövrdə investorların qeyri-yaşayış obyektlərinə marağı artıb. İlin əvvəlindən 3 ayda 826 qeyri-yaşayış obyektinə mülkiyyət hüququ qeydiyyata alınıb. Bunun  675-i Bakıdadır.

Daşınmaz əmlak üzrə əməliyyatların torpaq sahələrinin payına düşür (18 min).

Daşınmaz əmlak bazarında aktivliyin azalması işgüzar və iqtisadi aktivliyin ümumi azalması fonunda baş verir.



Turan İA

Ana səhifəXəbərlərDaşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb