Daha iki hərbçimiz şəhid olub

Bu gün iki hərbçimiz şəhid olub

Source:

Arxiv
Arxiv
Arxiv
Arxiv


Bu gün iki hərbçimiz şəhid olub

ANS Press Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Əli İntiqam oğlu Heydərov şəhid olub.

Əli İntiqam oğlu Heydərov Bakının Qobu qəsəbəsindən hərbi qulluğa çağrılıb. Yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, mayın 10-da onun ad günü olmalı idi.

Hərbi qulluqçu Ə.Heydərov cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi bir az öncə Qobu qəsəbəsinə gətirilib.

Şəhidlə vida mərasimi sabah keçiriləcək və o, Qobu qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Ə.Heydərovun iki qardaşı və bir bacısı var.

Digər bir hərbi qulluqçumuz, aprelin 2-də Tər-tər istiqamətində keçirilən döyüş əməliyyatlarında ağır yaralanmış kapitan  Nəcməddin Alif oğlu Savalanov bu gün Bakı Hərbi Hospitalında dünyasını dəyişib. Şəhid Nəcməddin Savalanov sabah İmişli rayonunda torpağa tabşırılacaq.

Savalanov Nəcməddin Akif oğlu
Savalanov Nəcməddin Akif oğlu
Ana səhifəAnalitikaDaha iki hərbçimiz şəhid olub