Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasına yeni sədr seçilib

Tural Gəncəliyev

Tural Gəncəliyev

İlham İsmayıl: “Yeni sədrin XİN-in əməkdaşının seçilməsi müsbətdir”

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni sədri vəzifəsinə Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev seçilib.

T.Gəncəliyev bu vəzifəyə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi dekabrın 20-də keçirilən II qurultayında seçilib.

Birliyin bundan əvvəlki sədri Bayram Səfərov olub. O, bu vəzifəni 2009-cu ildən tuturdu.

“Qarabağ Komitəsi”nin İdarə Heyətinin üzvü İlham İsmayıl qərarı gecikmiş hesab edir.

İlham İsmayıl

İlham İsmayıl

İlham İsmayıl hesab edir ki, Şuşanın icra başçısının Qarabağ icmasının rəhbəri olması praktikası yanlış idi:

“Zamanında mərhum Nizami Bəhmənovla Almaniyada keçirilən Dağlıq Qarabağla bağlı konfransda iştirak edirdik. Nizami Bəhmənov yaxşı insan, vətənpərvər olsa da, rus və ingilis dillərini bilməməsi, münaqişə ilə bağlı hazırlığı olmaması özünü mənfi tərəfdən göstərirdi. Bu məsələdə peşəkar adam lazım idi”.

O deyib ki, bütün hallarda yeni sədrin XİN-in əməkdaşının seçilməsi müsbətdir.
İ.İsmayılın fikrincə yeni sədrin haralı olması vacib deyil, əsas peşəkarlığıdır.

“Qarabağ Azadlıq Təşkilatının” sədri Akif Nağı isə hesab edir ki, aparılan danışıqlarda Azərbaycanın əleyhinə təhlükəli mexanizm işə düşüb.

“Azərbaycanla Ermənistan arasında başqa bir atmosfer yaratmağa çalışılır, əsasən Vaşinqton və Moskvanın rolu sezilir, amma ABŞ daha fəaldır. Ona görə danışıqların hansı istiqamətdə gedəcəyi haqda narahatlıqlar var”.

Akif Nağı Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin I qurultayda iştirak etsə də, çıxış etməyə imkar verilmədiyini xatırlatdı:

“Amma II qurultayda QAT dəvət olunmursa, xoş niyyət yoxdur. Yeni sədr gəncdir, amma Elmar Məmmədyarovun kadrıdır. Əgər o, nazir və ya bəzi partiya sədrləri kimi düşünürsə ki, əsas Avropaya inteqrasiyadır, o zaman ciddi narahat olmaq lazımdır. Bütün hallarda gözləyək görək nə olur?!”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c80sun

Ən çox baxılan